TÖVSİYƏ XƏBƏRLƏR

FHN “Xəngəland”in fəaliyyətini dayandırıb

“Xəngəland” kafesinin fəaliyyəti dayandırılıb. Bu barədə 4 noyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Belə ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 88, mənzil 5 ünvanında yerləşən Əhmədov Sabir Faiq oğluna məxsus “Xəngəland” kafesinin fəaliyyəti dayandırılıb.

Buna səbəb adıçəkilən kafedə yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların aşkarlandığı və həmin nöqsanların insan həyatı və ya sağlamlığına təhlükə yaratdığı müəyyən olunmasıdır.

Kafedə istifadə olunan qaz balonlarının binadan kənarlaşdırılması təmin olunub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx