Cari ildə ölkə üzrə 19.667 nəfər sağlamlıq imkanları məhdud olan şəxslər müəyyən edilib. Bu barədə 15 dekabr tarixində Apa məlumat verib.
Fiziki imkanları məhdud olan şəxslərin 62,3%-ini kişilər və 37,7%-ini qadınlar təşkil edir. Onlardan 38,59%-i qadın və 61,41%-i kişi olmaqla 11.003 nəfər işsiz kimi qeydiyyata alınıb. Hesabat dövrü ərzində sağlamlıq imkanları məhdud 2.850 nəfər şəxs işlə təmin olunub.