TÖVSİYƏ XƏBƏRLƏR

Flik Almaniyanın baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb

Hans-Diter Flik Almaniya milli futbol komandasının baş məşqçisi postundan uzaqlaşdırılıb. Bu barədə Report 10 sentyabr tarixində xəbər verib.

Almaniya Futbol Assosiasiyasının (DFB) prezidenti Berndt Noyendorf bildirib ki, komitələr son məyusedici nəticələrdən sonra alman komandasına yeni təkan lazım olduğu barədə razılığa gəliblər.

“Şəxsən mənim üçün bu, vəzifə müddətimin ən çətin qərarlarından biridir. Çünki Hans Flik və onun köməkçilərini futbol mütəxəssisləri və insanlar kimi qiymətləndirirəm. Lakin idman uğurları assosiasiya üçün əsas prioritetdir, ona görə də bu qərar qaçılmaz idi”.

Baş məşqçi vəzifəsini Rudi Völler icra edəcək.

Almaniya millisi 2024-cü il Avropa çempionatında ev sahibi ölkə kimi iştirak edəcək.

Lakin almanlar turnirə vəsiqə qazana bilmir. Martda yoldaşlıq görüşündə Peru üzərində qələbə komandanın son qələbəsidir. Həmin vaxtdan Almaniya yığması Belçika (2:3), Polşa (0:1), Kolumbiya (0:2), Yaponiya (1:4) komandalarına uduzub, eyni zamanda Ukrayna komandası ilə bərabərə qalıb (3:3).

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx