Fransa azad olunan ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 min avro ayıracaq

Fransa işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 000 avro ayırmaq niyyətindədir. Bunu sentyabrın 8-də Fransanın Azərbaycandakı səfiri Zakari Qros öz Twitter səhifəsində yazıb.

O, bildirib ki, məcburi köçkünlərin öz torpaqlarına qayıda bilmələri beynəlxalq əməkdaşlığa ehtiyac duyulan bir sahədir. Qarabağda minalardan təmizlənməni tələb edən ərazilər çox böyükdür. Buna görə də, Fransa Azərbaycana 400 000 avro (800 000 manatdan artıq) ayırmaq niyyətindədir”, – deyə səfir qeyd edib.

Sentyabrın 2-də Birləşmiş Krallıq Qarabağın minalardan təmizlənməsi üçün 500 000 funt sterlinq (1 milyon manatdan artlq) maliyyə ayırdığını elan etmişdir.

 

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Fransa azad olunan ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 min avro ayıracaq”

Tövsiyə xəbərlər