TÖVSİYƏ XƏBƏRLƏR

Fransa Azərbaycana qarşı ikili standartlarından əl çəkmir

Azərbaycanlıların Fransa Senatına və xalqına ünvanladığı petisiyanın topladığı imzaların sayı günü-gündən azalır. Bununla əlaqədar petisiyanın həmmüəllifi Kubra Ələkbərova “Mesopinions” saytının rəhbərliyinə müraciət ünvanlayıb.

Oktyabrın 11-də yerləşdirilən petisiya cəmi bir ay ərzində 130 000 səs toplamışdır. Lakin bir müddətdir ki, səs sayı kəskin düşərək 125 000 olub və gündən-günə azalmaqdadır.

Baxmayaraq ki, saytda yerləşdirilən oxşar mövzulu və imza sayı bizim müraciətdən qat-qat aşağı olan digər petisiyalar da var. Onlarda belə hal müşahidə edilmir.

Bu isə bir daha Fransanın Azərbaycana qarşı qərəzli mövqeyini sübut edir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx