Fransanın İrəvandakı səfirliyinin əməkdaşı Senatın anti-Azərbaycan qətnaməsinə dəstək məqsədilə keçirilən aksiya iştirakçılarının qarşısına çıxıb. Bu barədə noyabrın 15-də AZfront xəbər yayıb.
O, aksiya iştirakçılarının fransız səfirinə ünvanlanmış təşəkkür məktubunu qəbul edib.
Aksiya iştirakçıları 1700-dən çox imza toplayıblar ki, bu da, təbii ki, səfirliyin diqqətinə layiq görülüb.
Azərbaycan xalqı adından Senata və Fransa xalqına ünvanlanmış petisiya isə 126 000-dən çox səs toplayıb. Lakin Fransa mediası və xüsusən də Xarici İşlər Nazirliyi diqqət yetirməməyə üstünlük verib.
Qeyd edək ki, bu gün Azərbaycan diasporunun nümayəndələri Fransa Senatının qarşısında etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları Azərbaycan əleyhinə qətnamənin müzakirəyə çıxarılmasına etiraz edib və Fransa Senatından Azərbaycana ədalətli münasibət tələb ediblər.