TÖVSİYƏ XƏBƏRLƏR

Fransa Senatının “ikili standartları”: səsvermənin nəticələri açıqlandı

Bu gün, noyabrın 15-i Fransa Senatında ölkəmizə qarşı qətnamə layihəsi müzakirəyə çıxarılıb.

Səsvermə nəticəsində 295 nəfər qətnamənin lehinə, 1 nəfər isə əleyhinə səs verib.

Fransalı deputatlar Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini və Ermənistanın silahlandırılmasını müzakirə edərkən, petisiyada imzaların sayı 128 mini keçib. Amma fransızlar üçün bu səslərin heç bir mənası olmayıb.

Azərbaycan xalqının yaratdığı petisiyanın 128 000-dən çox səs toplamağına baxmayaraq, ermənilərin topladığı 1 700 imza fransızların diqqətini cəlb edə bilib.

Belə ki, bu gün səhər İrevanda keçirilən aksiyada Fransa səfirliyinin əməkdaşı aksiya iştirakçılarının qarşısına çıxıb. O, aksiya iştirakçılarının fransız səfirinə ünvanlanmış təşəkkür məktubunu qəbul edib.

Bu da Fransa hökümətinin ədalətdən uzaq olduğunu, ikili standartlarla qərar verdiyini bir daha sübut edir.

Xatırladaq ki, 3 oktyabr 2022-ci il tarixində Fransa Senatında ölkəmizə qarşı qətnamə layihəsi təqdim edilib. Qətnamə layihəsində Fransa hakimiyyətinin və digər Avropa İttifaqı ölkələrinin “Azərbaycandan idxal edilən qaz və neftə embarqo tətbiq etmək” çağırışı yer alıb, ölkəmiz Beynəlxalq Cinayət Məhkəməsi ilə təhdid edilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx