TÖVSİYƏ XƏBƏRLƏR

Fransadakı türk diasporu noyabrın 15-də Azərbaycana dəstək aksiyasında iştirak etməyə çağırıb

Fransadakı türk diasporunun nümayəndələri laqeyd olmayan hər kəsi noyabrın 15-də saat 10:00-da Parisin Lüksemburq sarayı qarşısında Azərbaycana dəstək aksiyasında iştirak etməyə çağırış edib. Bu barədə 12 noyabr tarixində AZfront Telegram kanalı məlumat verib.

“Biz Senatda Azərbaycan üçün ədalət tələb edirik. Azərbaycanlı qardaş və bacılarımıza dəstək olmaq üçün bayraqlarla gəlin. Biz bir millət, iki dövlətik”, – çağırışda bidirilib.

Xatırladaq ki, 3 oktyabr 2022-ci il tarixində Fransa Senatında ölkəmizə qarşı qətnamə layihəsi təqdim edilib. Senatın 6 üzvünün hazırladığı və baxılması 15 noyabr tarixinə təyin edilən qətnamə layihəsində Fransa hakimiyyətinin və digər Avropa İttifaqı ölkələrinin “Azərbaycandan idxal edilən qaz və neftə embarqo tətbiq etmək” çağırışı yer alıb, ölkəmiz Beynəlxalq Cinayət Məhkəməsi ilə təhdid edilib. Daha öncə azərbaycanlıların 15 noyabr tarixində Fransada qətnamə layihəsinə qarşı aksiya keçirəcəkləri barədə məlumat yayılmışdır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx