Dünya Çempionatı 2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin sentyabr ayında keçirəcəyi oyunlar tamaşaçısız olacaq. Bu barədə UEFA və FİFA 11 avqust tarixində qərar verib.
Gələn ay Avropada seçmə mərhələnin matçları koronavirus pandemiyası ilə əlaqədar boş tribunalar önündə keçiriləcək. Oktyabr və noyabrdakı qarşılaşmalarla bağlı qərar isə gələcəkdə açıqlanacaq.
Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda yer alır. Milli komandanın raqibləri Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq komandalarıdır.