Bir qrup keçmiş məcburi köçkün doğma Füzuli şəhərinə qayıdır. Bu barədə APA 11 sentyabr tarixində xəbər verib.
Ailələr Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobu park-3” qəsəbəsindən yola salınır.
Bu mərhələdə Füzuli şəhərinə daha 24 ailə – 92 nəfər köçürülüb.
Onlar Füzuli şəhərində yenidən inşa edilmiş evlərdə daimi yaşamağa başlayacaqlar.
Füzuli sakinlərinin doğma şəhərinə qayıdışına bu il avqustun 18-də başlanılıb.
Bununla da Füzuli şəhərində 119 ailə, yəni 441 nəfərin daimi məskunlaşması təmin edilib.