Füzuli şəhərində əmək yarmarkası keçirilir. Bu barədə APA məlumat verib.
Yarmarka Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli məktəbdə təşkil olunub.
Əmək yarmarkasında 20-dən çox müəssisə üzrə 200-ə yaxın vakansiya var. İşğaldan azad olunan ərazilərdəki vakansiyalar haqqında detallı məlumatlar yer alır.