Füzuli rayonunda 3 otaqlı evdə yanğın baş verib. Bu haqda 23 mart tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Hadisə rayonun Dilağarda kəndində qeydə alınıb. Ümumi sahəsi 130 kv.m olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 15 kv.m sahədə, 1 otağının tavanı və dam örtüyü 20 kv.m sahədə yanıb.
FHN-in əməkdaşları tərəfindən tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.