Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

Füzulidə elektromobillər üçün dolum məntəqələri quraşdırılacaq

Füzuli şəhərində inşa edilən yeni rəqəmsal idarəetmə mərkəzinin yaxınlığında elektromobillərin enerji doldurması üçün dolum məntəqələri quraşdırılacaq. Bu barədə Report 3 fevral tarixində xəbər verir.

“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bu gün keçirilən mətbuat konfransında çıxış edib.

A.Məmmədzadənin sözlərinə görə, təmsil etdiyi qurum bütün yeni yarımstansiya və rəqəmsal idarəetmə mərkəzlərində bu növ dolum mərkəzlərini yerləşdirəcək:

“Rəqəmsal idarəetmə mərkəzləri vasitəsilə elektrik enerjisi təchizatı prosesini abonentin sayğacına qədər nəzarətdə saxlaya bilirik. Artıq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada da bu işləri asanlıqla həyata keçirə bilirik”.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx