TÖVSİYƏ XƏBƏRLƏR

Güclü külək Oğuzun Bayan kəndini işıqsız və qazsız qoyub

Oğuz rayonunda güclü küləyin aşırdığı iri gövdəli ağaclar elektrik və təbii qaz təsərrüfatına ziyan vurub. Bu barədə martın 4-də Report məlumat yayıb.

Hadisə rayonun Bayan kəndində baş verib. Güclü külək nəticəsində iri gövdəli ağaclar kökündən çıxaraq elektrik və rabitə xətlərini qırıb, qaz xəttini zədələyib.

Nəticədə 2 100 nəfər sakini olan kəndin elektrik enerjisi və təbii qazı kəsilib. Hazırda aidiyyəti qurumlar tərəfindən fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.