Gədəbəydə həyat yolaşını bıçaqlayan şəxsə hökm oxunub

Gədəbəy rayonunda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Rasim Məsimov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Report sentyabrın 27-də məlumat yayıb.

Belə ki, ötən il sentyabrın 25-də Qurudərə kənd sakini münaqişə zamanı həyat yoldaşına çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürməyə cəhd edib. Daha sonra cinayətkar hadisə yerindən qaçıb.

Məsimov barəsində “xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd” maddəsi ilə ittiham elan edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, bu ilin yanvar-iyun ayları ərzində 821 nəfər məişət zorakılığına məruz qalıb. Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Gədəbəydə həyat yolaşını bıçaqlayan şəxsə hökm oxunub”

Tövsiyə xəbərlər