Gömrük Komitəsi: Ölkəyə daxil olan xarici avtomobillər vergiyə cəlb edilir

Azərbaycan ərazisində beynəlxalq avtomobil daşınmalarını heyata keçirmək üçün nəqliyyat vasitələri dövlət rüsumuna cəlb edilir. Bu haqda sentyabrın 13-də Dövlət Gömrük Komitəsindən kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı münasibət bildirilib.

Hazırda gömrük orqanları ölkə daxilində bu sahədə qanunvericiliyin icrasını təmin edir.

Sentyabrın 12-də Müdafiə Nazirliyi tərəfindən Rusiya Müdafiə Nazirliyinə digər ölkələrə aid avtomobillərin Rusiya sülhməramlılarının yerləşdirildiyi Azərbaycan ərazisinə qanunsuz keçməsi ilə bağlı məktublar ünvanlanıb.

Ötən gün kütləvi informasiya vasitələri İrandan qaçaqmalçılıq yolu ilə Qarabağa daxil olan nəqliyyat vasitələrinin sayını açıqlayıb. Caliber-in məlumatına görə,  avqustun 11-dən sentyabrın 10-dək 58 yük maşını (xüsusən yanacaq və sürtkü yağları ilə yüklənmiş) Qarabağ ərazisinə girib, onlardan 55-i geri qayıdıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Gömrük Komitəsi: Ölkəyə daxil olan xarici avtomobillər vergiyə cəlb edilir”

Tövsiyə xəbərlər