TÖVSİYƏ XƏBƏRLƏR

Gömrükçülərə dopinq ilə bağlı təlim keçirilib

Dekabrın 17-də gömrük əməkdaşları üçün “Dopinq vasitələrinin Azərbaycan Respublikası gömrük sərhədindən qanunsuz keçirilməsi hallarının qarşısının alınması” mövzusundan təlim keçirilib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.

Məlumata əsasən, təlimdə antidopinq sahəsi, qadağan edilmiş maddələr, beynəlxalq təcrübədən misallar müzakirə olunub.

DGK sədrinin müavini vurğulayıb ki, özəl qurumlar və dövlət orqanları birgə dopinq və qanunsuz maddələrə qarşı mübarizə aparmalıdırlar.

“Bu təlim Dövlət Gömrük Komitəsi ilə Azərbaycan Milli Antidopinq Agentliyi arasındakı əməkdaşlıq əlaqələrinə öz töhfəsini verəcək”, – deyə sədr müavini qeyd edib.