Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 29-da şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Bakıda gecə 15-17° isti, gündüz 19-21° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-22° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.