Gəncədə güzəştli mənzillər satışa çıxarılacaq

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən tezliklə Gəncə Yaşayış Kompleksində mənzillərin güzəştli satışı ilə bağlı elan veriləcək. Bu barədə 20 sentyabr tarixində MİDA-nın Youtube səhifəsində məlumat yayılıb.

Kompleks Gəncə şəhərinin Azərbaycan Bayrağı küçəsində yerləşir. Satışa 18 yaşayış binasında ümumilikdə 986 mənzil çıxarılacaq. Mənzillərdən 48-i birotaqlı, 68-i studio tipli, 318-i ikiotaqlı, 466-sı üçotaqlı, 86-sı isə dördotaqlıdır.

Güzəştli şərtlər ilə təhvil veriləçək mənzillər tam təmirli olmaqla, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilib.

Sözügedən ərazidə 1176 yerlik orta təhsil məktəbi və 125 yerlik uşaq bağçası mövcuddur.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Gəncədə güzəştli mənzillər satışa çıxarılacaq”

Tövsiyə xəbərlər