Gəncə sakini hamilə həyat yoldaşını döyüb

Gəncədə 22 yaşlı hamilə qadın 29 yaşlı həyat yoldaşı tərəfindən döyülüb. Nəticədə bədən xəsarətlərindən qadının 18-19 həftəlik hamiləliyi pozulub və uşaq tələf olub. Hadisə barədə DİN 3 sentyabr tarixində məlumat yayıb.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.

Şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Gəncə sakini hamilə həyat yoldaşını döyüb”

Tövsiyə xəbərlər