Oktyabrın 19-dan Azərbaycan vətəndaşları peyvənd olunmadan yalnız mənfi PCR test nəticəsi ilə Gürcüstana səfər edə bilərlər. Bu barədə Trend məlumat verib.
Məlumata əsasən, Gürcüstan Azərbaycandan əlavə, Ukrayna, Qazaxıstan, Rusiya, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan vətəndaşları üçün də ölkəyə giriş qaydalarını sadələşdirib.
Test nəticəsi Gürcüstana səfərdən əvvəl 72 saat ərzində əldə edilməlidir. Səfərdən üç gün sonra peyvənd olunmamış turistlər yenidən PCR test verməlidirlər. Əks halda onlar ən azı 600 dollar məbləğində cərimə olunacaqlar.
Bugünədək azərbaycanlılar Gürcüstana həm vaksinasiya sertifikatı, həm də mənfi PCR test nəticəsi ilə daxil ola bilərdilər.