İqtisadi əməkdaşlıq üzrə birgə Hökümətlərarası Komissiyanın iclasında Gürcüstan şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı məsələləri müzakirə edilib. Bu barədə 29 sentyabr tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov öz Twitter səhifəsində paylaşım edib.
“Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Bu ilin ilk 8 ayında ölkələrimiz arasında ticarət dövriyyəsi keçən ilin müvafiq dövrü ilə müqayisədə 41% artıb”, – deyə nazir bildirib.
Nazir, həmçinin iki ölkə arasında standartlaşdırma və metrologiya, uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin imzalanması barədə məlumat verib. Əlavə olaraq AZPROMO və KOBİA ilə Gürcüstanın analoji qurumları arasında anlaşma memorandumları imzalanıb.
Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani də iclasla bağlı Twitter hesabında paylaşım edib: “İqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclası sözsüz ki, strateji tərəfdaşımız olan Azərbaycanla iqtisadi əlaqələri dərinləşdirəcək”.
…Gürcüstan şirkətlərinin #işğaldanazadedilmişərazilər-imizin bərpasında iştirakı məsələləri müzakirə edildi. İnanırıq ki, səmərəli dialoq qonşu və dost ölkə ilə iqtisadi əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək.#İqtisadiyyat #EconomyAz
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 29, 2021
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.