Avqustun 25-də Göyçay rayon Qarayazı kəndində çətənə kolu yetişdirən şəxs saxlanılıb. Bu haqda DİN məlumat verib.
Polis vətəndaşın evinə baxış keçirən zaman, ümumi çəkisi 77 kiloqramdan artıq olan 33 ədəd çətənə kolu aşkar edib.
Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.