Gədəbəy rayonu ərazisinə dolu düşüb. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 1 iyun tarixində xəbər verir.
Gədəbəy rayonu ərazisinə saat 15:12 radələrində qısamüddətli, diametri 6 mm olan dolu düşüb.
İyunun 1-i saat 16:00-a olan məlumata əsasən, Naxçıvan, Ordubad, Daşkəsən, Neftçala, Göygöl, Gədəbəy, Lerik, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Bakıda və Abşeron yarımadasında 24-29, Naxçıvanda 23-27, Aran rayonlarında 28-31 dərəcə, dağlıq rayonlarda 23, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək isti olub.