Gədəbəy rayonunda 2 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 24 may tarixində xəbər verir.
Gədəbəy şəhər ərazisində yolu qarşı tərəfə keçmək istəyən 15 yaşlı N.Mahmudovu və 13 yaşlı V.Bağırovu avtomobil vurub.
Hər ikisi müxtəlif bədən xəsarətləri alıb və yaralılar xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.