Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 18 noyabr tarixində xəbər verir.
Hadisə rayonun Kiçik Qaramurad kəndində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 21011” markalı minik maşını yoldan çıxaraq bordürə dəyib.
Qəza zamanı 70 yaşlı sürücü Musa Alıyev xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.