TÖVSİYƏ XƏBƏRLƏR

Gədəbəydə yük maşını körpüdən aşıb, sürücü ölüb

Gədəbəydə yük maşını körpüdən aşıb, ölən və xəsarət alan var. Bu barədə 29 avqust tarixində Report məlumat verib.

Hadisə rayonun Arıqdam kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1973-cü il təvəllüdlü Ramiz Aydın oğlu Rzayevin idarə etdiyi “KamAZ” markalı yük avtomobili idarəetmədən çıxaraq körpüdən aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Onun sərnişini, 1983-cü il təvəllüdlü Azər Zülfüqar oğlu Quliyev isə ağır bədən xəsarətləri alıb.

Daha sonra yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya sürücünün sükan arxasında yuxuya getməsinin səbəb olduğu ehtimal olunur.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx