TÖVSİYƏ XƏBƏRLƏR

Gələn il Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə fiber-optik xətlər çəkəcək

Qazaxıstan-Azərbaycan marşrutu üzrə Xəzərin dibi ilə fiber-optik xətlərin çəkilişinə 2023-cü ildə başlanılacaq. Bu barədə 27 oktyabr tarixində Report Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye nazirinin sözlərinə istinadən məlumat verib.

Bu layihə region ölkələrini alternativ internetə çıxışla təmin edəcək, həmçinin Avropa və Asiya arasında trafikin tranzitini genişləndirəcək.

Layihənin tərəfdaşı qismində Qazaxıstan tərəfində “Qazaxtelecom”, Azərbaycan tərəfdən isə “AzerTelecom” çıxış edəcək.

Məlumata əsasən, təxminən 340 kilometrlik fiber-optik xəttin əsas marşrutu Qazaxıstanın Aktau şəhərindən başlayacaq və Azərbaycanın Siyəzən rayonuna qədər uzanacaq. Uzunluğu təxminən 330 kilometr olan ehtiyat xətt isə Qazaxıstanın Kurık dəniz limanından Bakının Buzovna qəsəbəsinə qədər çəkiləcək.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx