Azərbaycanda gələn il icbari tibbi sığorta fonduna 1 milyard 263 milyon 820 min 170 manat vəsaitin ayrılması proqnozlaşdırılır. Bu barədə “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.
Bu barədə 25 oktyabr tarixində Milli Məclis məlumat yayıb.
Qeyd olunub ki, layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 5,2%, 2021-ci illə müqayisədə isə 16,4% çoxdur.