Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi “Yaşayış minimumu haqqında” və “Ehtiyac meyarı haqqında” qanunları təsdiqləyib.
Bu barədə 30 dekabr tarixində Prezidentin Mətbuat Xidməti məlumat verib.
Belə ki, gələn il Azərbaycanda yaşayış minimumu bu illə müqayisədə 36 manat və yaxud 17,15% çox – 246 manat təşkil edəcək.
2023-cü ildə ölkədə ehtiyac meyarı isə 2022-ci ilə nisbətən 46 manat və yaxud 23% çox – 246 manat olacaq.