TÖVSİYƏ XƏBƏRLƏR

“Galatasaray”-”Fənərbaxça” oyunu Səudiyyə Ərəbistanında keçiriləcək

Türkiyə Superkubokunun keçirilmə yeri və tarixi bəlli olub. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 21 oktyabr tarixində xəbər verir.

“Qalatasaray” – “Fənərbaxça” matçı dekabrın 30-da Səudiyyə Ərəbistanında baş tutacaq.

Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasser Əl Misehal bildirib ki, qarşılaşma Riyad Mövsümü çərçivəsində keçiriləcək.

Riyad Mövsümü “Vizyon-2030” layihəsinin bir hissəsi kimi təşkil olunan festivaldır. Yasser Əl Misehal Türkiyə Futbol Federasiyası ilə isti münasibətlərin olduğunu qeyd edərək, Türkiyə və Avropanın iki böyük klubunun oyununu təşkil etməkdən məmnunluğunu ifadə edib.

Türkiyə Superkubokunun Bakıda keçirilməsi variantı da gündəmə gəlmişdi. Sonda TFF oyunun Səudiyyə Ərəbistanında təşkilinə qərar verib.