TÖVSİYƏ XƏBƏRLƏR

Gənc cüdoçularımız Vətənə əlidolu dönüblər

Cüdo üzrə gənclər arasında Avropa çempionatında uğurla çıxış edən idmançılarımız Vətənə dönüblər. Bu  barədə Report 12 sentyabr tarixində xəbər verib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda gənc cüdoçuların qarşılanma mərasimi olub.

Milli komandanın üzvlərini Azərbaycan Cüdo Federasiyasının və idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, atletlər və mətbuat nümayəndələri qarşılayıblar.

Azərbaycan cüdoçuları Niderlandın Haaqa şəhərində keçirilən Avropa çempionatını altı medalla başa vurublar.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx