Gəncədə baş verən yol qəzasında 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Bu barədə 29 avqust tarixində Report məlumat verir.
Şəhərin Atatürk prospektində, Şəhər Məhkəməsinin yaxınlığında hərəkətdə olan avtomobil piyadanı vurub, daha sonra idarəetmədən çıxaraq digər minik avtomobilinə çarpılıb.
Nəticədə piyada – 40 yaşlı Firuzə Babayeva ağır dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qəza nəticəsində digər avtomobilin sürücüsü, 56 yaşlı M.İsmayılov da yüngül xəsarət alıb. Ona yerində ambulator yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.