Gəncə şəhər Z.Məmmədov adına Xəstəxananın bölmələrindən birinə yeni rəhbər təyin olunub. Bu barədə Report 3 iyun tarixində xəbər verib.
Akademik Z.Məmmədov adına Xəstəxananın Uşaq Poliklinika bölməsinə Azelma Bahadur qızı Dadaşova rəhbər təyin olunub.
A.Dadaşova bundan öncə Gəncə şəhər Birləşmiş Xəstəxanasının Siğortanın təşkili və innovasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.