TÖVSİYƏ XƏBƏRLƏR

Gəncə şəhəri və ətraf rayonlardan olan 74 nəfər özünüməşğulluq proqramına cəlb edilib

Gəncə şəhəri və ətraf rayonlardan olan 74 nəfərə seçdikləri biznes istiqamətlərinə uyğun aktivlər verilib. Bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aprelin 22-də məlumat verilib.

Həmin bölgədə bu ilin əvvəlindən aktivlərlə təmin edilənlərin sayı 400-ə çatıb.

Verilmiş aktivlər sayəsində döşəmə və parket cilalanması xidməti, un məmulatları istehsalı, qadın gözəllik salonu və digər sahələr üzrə kiçik bizneslər yaradılıb.

2022-ci ilin ilk üç ayı ərzində 4 100 işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb edilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx