TÖVSİYƏ XƏBƏRLƏR

Gəncə: sərnişin avtobusu dayanacağa çarpılıb

Gəncədə sərnişin avtobusunun dayanacağa çarpılması nəticəsində xəsarət alan var. Bu barədə İnsanoid 8 sentyabr tarixində APA-ya istinadən məlumat verir.

Şəhərin Nizami Gəncəvi prospektində 9 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu dayanacağa, sonra köşkə çarpılıb. Qəza zamanı köşkdə işləyən 33 yaşlı Ümid Heydərov yüngül xəsarət alıb. Ona təcili tibbi yardımın əməkdaşları tərəfndən yardım göstərilib.

Avtobusun sürücüsü Qafar Əliyevin sözlərinə görə, qəzaya səbəb avtobusun əyləc sistemində anidən nasazlıq yaranması olub.

Qəza zamanı sahibkara ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx