TÖVSİYƏ XƏBƏRLƏR

Gəncə və Sumqayıtda hərbçilərin hərbi yürüşü keçirilib – FOTO

Zəfər Günü münasibətilə Gəncə və Sumqayıt şəhərlərində də hərbçilərin yürüşü keçirilib. Bu barədə İnsanoid bu gün, 8 noyabr tarixində xəbər verir.

Bu gün Gəncədə Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçiriləcək.

Yürüş Gəncə şəhərinin Nizami Gəncəvi prospektindən başlayıb və Heydər Əliyev prospektindəki Mərkəzi Meydanda tamamlanıb.

Sumqayıt sakinləri də əldə olunan zəfəri qeyd ediblər.

Heydər Əliyev Mərkəzindən başlayan yürüşdə hərbçilərlə yanaşı, müxtəlif məktəblərdə təhsil alan şagirdlər və şəhərimizin yüzlərlə sakini iştirak ediblər.

Sumqayıt Gəncə
Foto İnsanoid.com