Gəncədə bacısını öldürməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa təhvil verilib. Bu barədə İnsanoid Kəlbəcər rayon prokurorluğuna istinadən bu gün, 2 noyabr tarixində məlumat verir.
Noyabrın 2-də saat 7 radələrində Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 34 yaşlı Səbinə Abbasovanın ölməsinə dair Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.
39 yaşlı Hüseyn Abbasovun Yeni qəsəbə ərazisində bacısı Səbinə Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.