Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Bu barədə APA 18 sentyabr tarixində xəbər verib.
Şəhərin Heydər Əliyev prospektində hərəkətdə olan “VAZ-2107 ” markalı avtomobil yolu keçmək istəyən Goranboy sakini 39 yaşlı Elçin Xanlar oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.