Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Hafiz Abdullayev işdən çıxarılıb. Bu barədə Report 7 mart tarixində məlumat verib.
O, yaş həddinə görə tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, H.Abdullayev uzun illər həmin xəstəxanada çalışıb. O, bölgə üzrə tanınmış həkimlərdən biridir.