TÖVSİYƏ XƏBƏRLƏR

Gəncədə evə basqın olub, ev sahibi və qonağı bıçaqlanıb

Gəncədə 2 nəfər evlərinə hücum edən şəxslər tərəfindən bıçaqlanıb. Bu barədə 13 noyabr tarixində Report məlumat verib.

Hadisə şəhərin Məhsəti Gəncəvi qəsəbəsində qeydə alınıb.

Bıçaq xəsarəti alan 1991-ci il təvəllüdlü T.Quliyev və 1981-ci il təvəllüdlü Ə.Ələsgərov yaxınları tərəfindən xəstəxanaya çatdırılıblar. Zərərçəkmişlərin bildirdiklərinə görə, onlar olduqları evə hücum edən bir neçə nəfər tərəfindən bıçaqlanıblar.

Qeyd edək ki, xəsarət alanlardan biri ev sahibi, digəri isə həmin evdə qonaq olub.

Faktla bağlı araşdırma aparılır.