TÖVSİYƏ XƏBƏRLƏR

Gəncədə kişi özündən 5 yaş böyük arvadını qətlə yetirib

Gəncədə qadının qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub. Bu barədə APA 14 mart tarixində xəbər verib.

Şəmkir rayon sakini, 38 yaşlı Elşən Quliyevin həyat yoldaşı, Tovuz rayonunun Alakol kənd sakini, 43 yaşlı Yeganə Hümbətova ilə aralarında mübahisə düşüb.

Bu zaman əsəblərinə hakim ola bilməyən 38 yaşlı kişi həyat yoldaşının ürək nahiyəsinə bıçaqla zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Bu, Yeganə Hümbətovanın ikinci evliliyi olub. Onun birinci əri bir neçə il qabaq vəfat edib.

Mərhum ötən il Elşən Quliyevlə ailə qurub. 43 yaşlı qadının birinci evliliyindən bir qızı, bir oğlu olub.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx