TÖVSİYƏ XƏBƏRLƏR

Gəncədə nənənin küçəyə atdığı uşaqlar Bakıdakı körpələr evinə göndəriliblər

Gəncə şəhərində nənənin küçəyə atdığı qardaş və bacı Bakı şəhərində yerləşən körpələr evinə göndəriliblər. Bu barədə Report 26 oktyabr tarixində xəbər verib.

2 yaşlı oğlan və 3 aylıq körpə qız aidiyyəti nümayəndələr tərəfindən Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasından çıxarılaraq, Bakı şəhərində yerləşən körpələr evinin birinə aparılıblar.

Gəncə şəhər Körpələr Evi təmirə dayandığı üçün uşaqların Sosial Xidmətlər Agentliyinin müvafiq qərarı əsasında Bakı şəhərində yerləşən körpələr evlərindən birinə yerləşdirilməsi qərarına gəlinib.