Gəncədə nöqsanlar aşkarlanan aptek barədə tədbir görülüb

Gəncədə nöqsanlar aşkarlanan aptek barədə tədbir görülüb

Gəncədə fəaliyyət göstərən aptekdə nöqsanlar aşkarlanıb. Bu barədə İnsanoid Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən bu gün, 24 yanvar tarixində məlumat verir.

Agentlik əməkdaşları tərəfindən Gəncə şəhərinin Gülüstan qəsəbəsində fəaliyyət göstərən, “Dokta” MMC-yə məxsus aptekdə keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.

Baxış zamanı aptekdə çalışan işçilərin məcburi tibbi müayinədən keçmədiyi, həmçinin satışı həyata keçirilən “Nutrilak” əmtəə nişanlı uşaq qidalarının etiketində digər dillərlə yanaşı, Azərbaycan dilində məlumatların olmadığı məlum olub.

Faktla bağlı sahibkar barəsində inzibati qaydada tədbir görülüb, uyğunsuzluqların aradan qaldırılmasına dair icrası məcburi göstərişlər verilib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx