Gəncədə karuselin qırılması nəticəsində bir uşaq yaralanıb. Bu haqda iyunun 21-də APA məlumat yayıb.
İnsident Bayraq Meydanı parkında baş verib. 2010-cu il təvəllüdlü uşaq karuselin qırılması nəticəsində yıxılıb və sol qabırğalarının sınığı və digər bədən xəsarətləri alıb.
Azyaşlı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır.