Gəncədə taksi sürücüsü qadın sərnişinə qarşı soyğunçuluq edib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən bu gün, 29 avqust tarixində məlumat verir.
Avqustun 28-də saat 12:00 radələrində Gəncə şəhəri ərazisində taksi sürücüsü sərnişini olan qadının 500 manat pulunu və mobil telefonunu açıq talama yolu ilə alıb.
Gəncə polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini Yasin Əhmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.