TÖVSİYƏ XƏBƏRLƏR

Gəncədə və Tovuzda itkin düşən qızlar tapılıb – YENİLƏNİB

Gəncə şəhərində və Tovuz rayonunda itkin düşən məktəblilər tapılıb. Bu barədə 27 oktyabr tarixində Report məlumat verib.

İtkin düşən hər iki məktəblinin yeri polis əməkdaşları tərəfindən müəyyən edilərək tapılıb.

Hər iki qız ailəsinə təhvil verilib.

***

10:57

Gəncə və Tovuzda 14 yaşlı qızlar itkin düşüblər. Bu barədə 27 oktyabr tarixində Report məlumat verib.

Belə ki, Gəncə şəhəri, Ş.İ. Xətai prospekti, ev 115a, mənzil 43-də yaşayan 2009-cu il təvəllüdlü Türkan Qurbanova yaşadığı evdən çıxıb və naməlum istiqamətə gedərək itkin düşüb.

Faktla bağlı Gəncə Şəhər Polis idarəsində araşdırma aparılır.

Digər hadisə isə Tovuzda qeydə alınıb. 2009-cü il təvəllüdlü orta məktəb şagirdi Gülay Bayramova yaşadığı Tovuz rayonunun Aşağı Quşçu kəndindəki evindən çıxıb və naməlum istiqamətə gedərək itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.