TÖVSİYƏ XƏBƏRLƏR

Gəncədə zəncirvari qəza baş verib

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA 11 sentyabr tarixində xəbər verib.

Şəhərin Ş.İ.Xətai prospektində “VAZ-2107” markalı avtomobilin sürücüsü “Opel”i ötmək istəyərkən hərəkətdə olan motosikletə çırpılıb.

Sonuncu aşaraq yol kənarında dayanan “Hyundai” markalı maşına dəyib. Hadisə zamanı motosıkletin sürücüsü 39 yaşlı Anar Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya aparılıb. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx