Gənclər və İdman Nazirliyi tələbələr arasında esse müsabiqəsi keçirir. Bu barədə 25 noyabr tarixində Nazirlik məlumat verib.
Belə ki, “Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “Cəmiyyətimizi birləşdirən dəyər: Azərbaycançılıq ideyası” mövzusunda tələbələr arasında esse müsabiqəsi keçirir.
Qalibləri münsiflər heyəti müəyyənləşdirəcək.
I, II, III yerləri tutanlar qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Müraciət üçün email: [email protected]