TÖVSİYƏ XƏBƏRLƏR

“Gənclik” metro stansiyası gücləndirilmiş iş rejimində işləyəcək

Sabah Azərbaycan milli futbol komandasının AVRO-2024-ün seçmə qrup mərhələsi çərçivəsində İsveç yığması ilə keçirəcəyi oyunla əlaqədar Bakının “Gənclik” metro stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək. Bu barədə 15 noyabr tarixində Bakı Metropoliteni məlumat verib.

Qeyd edilib ki, azarkeşlərin Tofiq Bəhramov adına Respublika stadionuna gediş-gəlişini asanlaşdırmaq, o cümlədən səmti rahat müəyyənləşdirə bilmələri üçün oyunun başlanma saatları ərəfəsində stansiyada növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.

Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri diqqətdə saxlanılacaq”, – məlumatda qeyd olunub.